“Mercedes” 3 maşın və 2 piyadanı vurdu

“Mercedes” 3 maşın və 2 piyadanı vurdu
  19 May 2013    Oxunub:1274
Mingəçevir şəhəri, Heydər Əliyev prospekti ilə M. Ə. Rəsulzadə küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər sakini Süleyman Süleymanovun idarə etdiyi 10 SB 360 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobili yolun sağ hissəsində dayanan, Sabir Əhmədova məxsus 99 DR 532 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşına çırpıb.

Sonra 10 SB 360 dövlət nömrə nişanlı “Mercedes” yoldan keçən 08 BD 028 dövlət nömrə nişanlı, “Nissan Primera” markalı və 7 saylı şəhərarası marşrut üzrə sərnişin daşıyan 90 BN 189 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusa çırpılıb.

“Mercedes” markalı maşın 3 avtomobili əzdikdən sonra yolun kənarında dayanan 2 piyadanı da vurub.

Hadisə nəticəsində piyadalar - 1988-ci il təvəllüdlü Rəvanə Abdullayeva və 1988-ci il təvəllüdlü Rafael Eyyubov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa


Teqlər:





Xəbər lenti