Bakıda dəhşətli yol qəzası, 4 ölü

  18 May 2013    Oxunub : 484
Bakıda dəhşətli yol qəzası, 4 ölü
Bakıda avtobusla minik avtomobili toqquşub.
AzVision.az trend-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 78 ünvanında 30 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu "90 CG 532" dövlət nömrəli nişanlı "Mersedes" markalı avtomobillə toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, "Mersedes"də olan 4 nəfər ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən hadisə yerində araşdırma aparılır.

Teqlər: