100 mindən artıq abituriyent sənəd verib

100 mindən artıq abituriyent sənəd verib
  18 May 2013    Oxunub:783
2013-2014-cü tədris ili üzrə ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin ilkin sayı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 102 000 nəfər ərizə verib. Onların 92525 nəfəri Azərbaycan, 9475 nəfəri rus bölməsi üzrə sənəd verib. Abituriyentlərin 37363 nəfəri I ixtisas qrupunu, 23 315 nəfəri II ixtisas qrupunu, 29 181 nəfəri III ixtisas qrupunu, 12 414 nəfəri IV ixtisas qrupunu seçib.

Ali məktəblərə sənəd qəbuluna aprelin 9-dan başlanılıb və mayın 17-də başa çatıb.

Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.

Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) müsabiqə və yerləşdirilmə isə 18-22 avqustda keçiriləcək.

Teqlər:







Xəbər lenti