Davudoğlu: “TANAP Qafqaz və Balkanları birləşdirəcək”

Davudoğlu: “TANAP Qafqaz və Balkanları birləşdirəcək”
  25 Fevral 2015    Oxunub:1348
Trans Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qafqazı Balkan regionu ilə birləşdirəcək.
AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib.

Türkiyə baş nazirinin sözlərinə görə, bu layihələr Türkiyənin regionda enerji mərkəzinə çevrilməsinə yardım edəcək.

Davudoğlu eyni zamanda vurğulayıb ki, Türkiyə bundan sonra da enerji layihələrini həyata keçirmək niyyətindədir.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti