Prezident Cümə məscidində - FOTOLAR

Prezident Cümə məscidində - FOTOLAR
  18 May 2013    Oxunub:1980
Ötən gün İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak edib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılışı olub.

Prezident İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Mərasimdə iştirak edən Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev qonaqlarla görüşüb.

Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Qalereya




Teqlər:  





Xəbər lenti