5 hərbiçimiz ölüb, 9 nəfər xəsarət alıb - VİDEO -YENİLƏNİB

5 hərbiçimiz ölüb, 9 nəfər xəsarət alıb - VİDEO -YENİLƏNİB
  18 May 2013    Oxunub:1288
Bu gün Quba rayonunda hərbçiləri daşıyan hərbi maşın qəzaya düşüb.
AzVision.azAPA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində “N” saylı hərbi hissənin 4 hərbi qulluqçusu ölüb, 9 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır.

İlkin məlumata görə, qəzaya uğrayan hərbçilər DİN Daxili Qoşunlarının əsgərləridir.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan digər hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

Daha iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

**************

Azərbaycanda baş verən yol qəzasında həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən İsmiyev Elbəy Ədalət oğlu orada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.

Baş vermiş qəza hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



AzVision.az



Teqlər:  





Xəbər lenti