Azərbaycana gələn siqaretlər yığışdırıldı

Azərbaycana gələn siqaretlər yığışdırıldı
  13 Fevral 2015    Oxunub:2190
Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşı Afətdin Dadaşova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib.

Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında A. Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiyanın Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.


Teqlər:





Xəbər lenti