`Bacımın vəziyyəti ağırdır...` - Sabir Rüstəmxanlı

`Bacımın vəziyyəti ağırdır...` - Sabir Rüstəmxanlı
  12 Fevral 2015    Oxunub:3672
“Bacım İlahə xanımın vəziyyəti ağırdır, amma ölümcül deyil. Hazırda paytaxt xəstəxanalarından birinə gətirmişik və burada müalicəsi davam etdirilir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, ötən gün qardaşı Şahbaz Xuduoğlunun düşdüyü yol qəzası ilə bağlı dəqiq heç nə bilmək olmur.

“Həmin ərazi dağ yoludur. Yağış yağdığı üçün yol da sürüşkən idi. O yollar çətin döngələrdən ibarətdir. Avtomobil aşaraq 60 metr dərinliyə düşüb. Aşan avtomobildə digərlərinin sağ qalması isə möcüzədir. O qədər dərinliyə aşan avtomobildən kiminsə sağ çıxması çox çətindir”.

Qeyd edək ki, ötən gün saat 15.30 radələrində Masallı-Yardımlı yolunda “Qanun” Nəşrlər Evinin sürücüsü, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil dərəyə aşıb. Nəticədə maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti