Əsgər analarından Sarkisyana etiraz - VİDEO

Əsgər analarından Sarkisyana etiraz - VİDEO
  11 Fevral 2015    Oxunub:2293
İrəvanda prezidentin iqamətgahı qarşısında qeyri-döyüş şəraitində ölən erməni hərbçilərinin anaları piket keçirməyə cəhd ediblər.
ANS TV-nin erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, etirazçılar ötən ilin noyabrında prezident Serj Sarkisyana göndərdikləri məktuba cavabın nəyə görə gecikdirildiyini bu yolla bilmək istəyiblər. Lakin iqamətgahın giriş qapısında duran nümayişçilərə polis zor tətbiq edib.

Polis əməkdaşları əsgər analarından əvvəlcə küçənin digər tərəfinə keçməyi tələb edib. Tələb yerinə yetirilmədikdə onlar etirazçı analara qarşı güc tətbiq ediblər bu zaman etirazçı qadınlardan biri özündən gedib.

Valideynlər polisin hərəkətləri ilə bağlı məhkəməyə şikayət edəcəklərini bildiriblər.




Teqlər:  





Xəbər lenti