Ədəbiyyatın ən vacib 40 qəhrəmanı - SİYAHI

Ədəbiyyatın ən vacib 40 qəhrəmanı - SİYAHI
  29 Yanvar 2015    Oxunub:6234
Rusiyanın “Notos” ədəbiyyat jurnalı 295 seçicinin iştirakı ilə ədəbiyyatın ən vacib 40 roman qəhrəmanını seçib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda birinci yerə F.M. Dostoyevskinin “Cinayət və cəza” romanının qəhrəmanı Rodion Raskolnikov çıxıb.

İki ayda bir nəşr olunan və sabah 50-ci sayı yayımlanacaq jurnalın hər il keçirdiyi ənənəvi sorğunun bu dəfəki sualı “Dünya ədəbiyyatının ən vacib roman qəhrəmanı hansıdır?” olub. 367 qəhrəmanın arasından 40 qəhrəman seçilib.

Siyahıda ikinci yerdə Lev Tolstoyun “Anna Karenina” romanının baş qəhrəmanı, üçüncü yerdə isə Migel de Servantesin “Don Kixot”udur.

Siyahının ilk 15-liyini təqdim edirik:

1. Rodion Raskolnikov (Fyodor Dostoyevski, “Cinayət və Cəza”)

2. Don Kixot (Migel de Servantes, “Don Kixot”)

3. Anna Karenina (Lev Tolstoy, “Anna Karenina”)

4. İnce Memed (Yaşar Kamal, “İnce Memed”)

5. Emma Bovari (Qustav Flober, “Madam Bovari”)

6. Qreqor Zamza (Frans Kafka, “Çevrilmə”)

7. Zebercet (Yusif Atılqan, “Anayurd oteli”)

8. Josef K. (Frans Kafka, “Məhkəmə”)

9. İlya İliç Oblomov (İvan Qonçarov, “Oblomov”)

10. Merso (Alber Kamyu, “Yad”)

11. Səlim İşıq (Oğuz Atay, “Tutunamayanlar”)

12. Jan Valjan (Viktor Hüqo, “Səfillər”)

13. Klaris Dalovey (Vircinya Vulf, “Xanım Dalovey”)

14. C. (Yusif Atılqan, “Avara Adam”)

15. Holden Kolfild (J.D. Selincer, “Çovdarlıqda uçurumdan qoruyan”)

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti