Novruz Məmmədov: `Çox ciddi bir gərginlik var`

Novruz Məmmədov: `Çox ciddi bir gərginlik var`
  17 Yanvar 2015    Oxunub:2296
Böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər.

AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalislərin ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasəti ilə bağlı sualına cavab verən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib: "Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Hər bir dövlət oz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Çox ciddi bir gərginlik var. Səhərdən axşamadək böyük dövlətlərin hansının televiziya kanalını açırsınızsa açın, görürsünüz ki, nələrdən danışırlar, nələr baş verir. Bunun həqiqət olub-olmadığı tamam başqa məsələdir".

N.Məmmədov düşünür ki, bu, çox təhlükəli prosesdir: "Bu təhlükəli prosesdən kənar olmaq lazımdır. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər".


Teqlər:  





Xəbər lenti