İŞİD-ə ağır zərbə vuruldu: 45 ölü

İŞİD-ə ağır zərbə vuruldu: 45 ölü
  14 Yanvar 2015    Oxunub:3038
İraq Silahlı Qüvvələri keçirdiyi xüsusi əməliyyatlar nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 45 yaraqlısını məhv edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən ilk hərbi əməliyyat Salah-əd-Din vilayətində Tikrit şəhəri yaxınlığında keçirilib. Bu şəhərdə keçirilən əməliyyat zamanı 27 nəfər öldürülüb.

Daha bir əməliyyat nəticəsində isə Bağdad yaxınlığında keçirilib. Burada 18 terrorçu məhv edilib. Xeyli saytı terrorist yaralanıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti