Britaniyada WhatsApp qadağan oluna bilər

Britaniyada WhatsApp qadağan oluna bilər
  14 Yanvar 2015    Oxunub:1804
Britaniyanın baş naziri Devid Kameron Mühafizəkarlar partiyasının mayda keçiriləcək ümumi seçkilərdə qalib gələcəyi halda şifrələnmiş mesajlaşma platformalarına qadağa qoya bilər.
Mühafizəkarlar partiyası hesab edir ki, ötən həftə Parisdəki terror hücumlarından sonra internet yazışmalarına nəzarəti artırmaq lazımdır. Bu məqsədlə əsas diqqət istifadəçilərin məlumatlarının qorunması üçün şifrələmə üsullarından istifadə edən məşhur mesajlaşma və sosial şəbəkə proqramlarına yönəldilir. Konkret olaraq məlumatları bu qayda ilə şifrələyən WhatsApp, Apple şirkətinin iMessage və FaceTime proqramları Mühafizəkarlar partiyasının siyasətinin hədəfinə çevrilə bilər.

Kameron onlayn fəaliyyətin izlənilməsində təhlükəsizlik orqanlarına kömək üçün Mühafizəkarların bir çox tənqidlərə məruz qalmış “kəşfiyyatçı nizamnaməsi”-ni yenidən tətbiq edəcəyini bildirib. Halbuki, 2014-cü ilin aprel ayında Avropa Ədalət Məhkəməsi bu nizamnamənin əleyhinə qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti