Türk müğənni yarım milyona Bakıya gəlir

Türk müğənni yarım milyona Bakıya gəlir
  12 Yanvar 2015    Oxunub:2611
Türkiyəli müğənni Hande Yener yenidən Bakıya gələcək.
AzVision.az xəbər verir ki, bu barədə müğənni İstagram səhifəsində məlumat verib.

Türk mətbuatının iddialarına görə, müğənniyə Azərbaycan kanallarından birindən münsif kimi iştirak etməsi üçün hər bölümünə 35 min dollarlıq təklif gəlib. Müğənni öncədən bu təklifi qəbul etməsə də, yenidən bu haqda müsbət qərar verib və kanalın təklifini qəbul edib.

Bildirək ki, yarışma 13 bölümdən ibarət olacaq və hər bölüm üçün Hande Yenərə 35 min dollar ödəniləcək. Ümumilikdə telekanal müğənniyə 455 min dollar pul ödəyəcək.

Sevinc


Teqlər:





Xəbər lenti