Gələcəyin ən yaxşı təkərini azərbaycanlı yaratdı - FOTOLAR, VİDEO

Gələcəyin ən yaxşı təkərini azərbaycanlı yaratdı - FOTOLAR, VİDEO
  12 Yanvar 2015    Oxunub:4240
Həmyerlimiz Samir Sadıxov Hankook şirkətinin keçirdiyi `Hankook Tyre Design Challenge 2014` müsabiqəsinin qalibi olub.

AzVision.az saytı a24.az-a istinadən xəbər verir ki, Samir gələcək üçün hazırladığı təkərlərə əfsanəvi Dakar ralli-reyd marafonunun adını verib. Adından da göründüyü kimi, bu təkərlər keçilməz yollarda, yəni ekstremal şəraitdə baş tutan yarışlarda zədələnməni minimuma endirmək məqsədi daşıyırlar. Heksaqonal dizaynı sayəsində təkərin protektoru müxtəlif tipli yol səthi ilə maksimum ilişməni təmin etməlidir.

Hər bir altıbucaqlı blok məxsusi hava kamerasına malikdir, ona görə də deşilmə zamanı sürücü bütün təkəri deyil, yalnız məhz həmin bloku dəyişəcək, bununla da yarış zamanı vaxt itkisi minimuma enəcək.

Konseptual təkərləri həm minik, həm də yük maşınlarına taxmaq olar, yan elementin rəngini isə dəyişmək mümkündür.



Qalereya




Teqlər:





Xəbər lenti