“Charlie Hebdo” terrorunda erməni izi – VERSİYA

“Charlie Hebdo” terrorunda erməni izi – VERSİYA
  09 Yanvar 2015    Oxunub:11250
Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasında baş verən faciədə “erməni izi” aşkarlanıb. Belə ki, jurnalın erməni mənşəli əməkdaşı Metyu Madenyan hücumdan 1 saat qabaq redaksiyaya zəng vuraraq deyib ki, həmin gün işə gəlməyəcək.

`Huffington Post`un Fransa buraxılışının yazdığına görə, Metyu Madenyan ötən ilin sentyabr ayında “Charlie Hebdo” jurnalında işə düzəlibmiş.

Maraqlıdır, bu, sadəcə təsadüfdürmü? Bir tərəfdən baxanda, həyatda belə təsadüflər bəzən olur. Amma məsələyə digər tərəfdən yanaşanda, xeyli maraqlı nəticələr çıxarmaq mümkündür.

Sirr deyil ki, erməni terror təşkilatlarının Fransada çox zəngin tarixi var. 1981-ci ildə yaradılmış “İntiharçılar eskadronu", "Orli qrupu", 1990-cı ildə yaradılan "Gənc ermənilər ittifaqı", 1991-ci ildə qurulan "Erməni azadlıq hərəkatı" bunlardan ancaq bir neçəsidir. Məşhur ASALA təşkilatı isə Fransada əməlli-başlı kök salıb. Və onlar başqa terrorçu təşkilatlarla əlbir çalışırlar.

Zənnimizcə, belə bir versiyanı istisna eləmək olmaz: Metyu Madenyan həmin təşkilatlardan birinin “Charlie Hebdo” redaksiyasındakı `adamı` olub. Və mümkündür ki, terror aktının hazırlanmasına `daxildən` kömək edib. Onun bağlı olduğu erməni terror təşkilatı isə faciəni törədən radikal islamçı qruplaşma ilə əlbir çalışıb.

Beləcə, işin içində olan Madenyan faciənin nə zaman baş verəcəyini qabacadan bildiyi üçün, həmin vaxt redaksiyaya getməyib...

Əlbəttə, bu versiyanı ancaq istintaq təsdiqləyə bilər, o da əgər lazım olan informasiyalar tapılarsa... Təcrübə göstərir ki, çox zaman yaxşı gizlədildiyi üçün belə informasiyalar tapılmır və yalnız versiyalarla kifayətlənmək lazım gəlir...

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti