İŞİD-ə ağır zərbə: 26 ölü

İŞİD-ə ağır zərbə: 26 ölü
  05 Yanvar 2015    Oxunub:2222
İraq ordusu ölkənin şimalında gedən döyüşlərdə “İraq və Şam İslam Dövləti” terror təşkilat5ının 26 üzvünü zərərsizləşdirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən İraq ordusu və İŞİD yaraqlıları arasında döyüşlər ölkənin Salah -əd-Din vilayətində baş verib. Döyüşlər zamanı İŞİD-ə məxsus üç zirehli texnikanı məhv edib. Döyüşlər zamanı neçə İraq hərbçisinin həlak olması barədə məlumat verilmir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti