50 manatın üzərindəki formul nədir? – DÜZGÜN CAVAB

50 manatın üzərindəki formul nədir? – DÜZGÜN CAVAB
  05 Yanvar 2015    Oxunub:32817
Azərbaycanın 50 manatlıq əskinasının üzərində bir kimyəvi, bir həndəsi formul var. Bəs bu formullar nəyi ifadə edir?

Bir qədər əvvəl AzVision.az bununla bağlı sorğu keçirsə də, düzgün cavabı demək olar ki, heç kim bilməmişdi. Ona görə də, indi düzgün variantı təqdim edirik.

50 manatlıq əskinasın üzərindəki kimyəvi formul benzolun formuludur. Benzol – ən sadə karbohidratlardan biridir. Onun molekulunda 6 karbon, 6 hidrogen atomu olduğu üçün formulu belədir: C6H6.



Benzol benzinin tərkibində olur. Sənayedə ondan plastmas, sintetik rezin, boyalar almaq üçün istifadə olunur. Həmçinin bəzi dərmanların tərkibinə daxildir.

Zəhərli və kanserogen maddədir.

Benzolun dəqiq formulunu ilk dəfə 1865-ci ildə alman kimyaçısı Fridrix Avqust Kekule kəşf edib. Kekule yuxuda öz quyruğunu ağzına alan ilan görəndən sonra benzol molekulunun dövrü quruluşa malik olduğunu anlamışdı.

50 manatlığın üzərindəki həndəsi formula gəlincə, bu, çevrə daxilindəki düzgün beşbucaqlının rəsmidir. Bu beşbucaqlının hər bir təpə nöqtəsi çevrənin üzərində yerləşir. Onun həmçinin daxilinə də çevrə çəkmək olur. Bu zaman tərəflərinin hər biri çevrəyə bir nöqtədə toxunurlar.
Bucaqlarının hər biri 108 dərəcəyə bərabərdir.



Düzgün beşbucaqlının diaqonalının tərəfinə nisbəti `qızıl nisbəti` ifadə edir. Qeyd edək ki, yalnız sirkul və xətkeşin köməyilə düzgün beşbucaqlı qurmaq mümkündür.

Tariyel
AzVision.az




Teqlər:  





Xəbər lenti