Azərbaycanlı “qanuni oğru” qiyam qaldırdı- VİDEO

Azərbaycanlı “qanuni oğru” qiyam qaldırdı- VİDEO
  02 Yanvar 2015    Oxunub:3400
37 yaşlı azərbaycanlı “qanuni oğru” İlqar Əliyev dekabrın sonlarında Rusiyanın Balaşovo şəhərindəki həbsxanaya köçürülüb. Buna səbəb onun əvvəl saxlandığı “zon”da qiyam qaldırması, türmə rəhbərliyinə ciddi problemlər yaratmaq istəməsi olub.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İlqar Əliyevi sərt rejimli Balaşovo türməsinə Çeboksarı şəhərindəki 4 saylı islah düşərgəsindən köçürüblər. Əliyev Çeboksarı türməsində iki aydan da az müddətdə saxlanıb, lakin orada həbsxana rəhbərliyinə ciddi başğarısı olub.

Məlumata görə, Çeboksarı düşərgəsində qaydaları dəyişmək cəhdləri yeməkxanadakı vəziyyətdən narazılıqdan başlayıb. Məhbuslar bütün kateqoriyadan olan məhkumların ümumi qab-qacaqdan və digər məişət avadanlıqlarından istifadə etməsi qaydasına etirazlarını bildiriblər.

Ən maraqlısı da budur ki, bu vəziyyət illər uzunu hamını, o cümlədən orada cəza çəkən kriminal avtoritet Qaçik Asaturyanı da qane edib, bu məsələ ilə bağlı hər hansı narazılıq və konflikt olmayıb.

Əməliyyat məlumatlarına görə, İlqar Əliyevi qiyam qaldırmağa ruhlandıran şəxs Eduard Asatryan adlı “qanuni oğru”dur. E.Asatryan bununla ən barışmaz və qəddar düşməni olan “qanuni oğru” Vasya Voskresdən qisas almaq məqsədi güdüb. Vasya Voskres bütün Volqaboyundakı, o cümlədən Çuvaşiyadakı cəzaçəkmə müəssisələrinə kuratorluq edir. Çeboksarı türməsində qiyam qaldırmaq bu mənada V.Voskresə “əlcək atmaq” deməkdir.

İlqar Əliyev E.Asatryanla və ona dost olan daha 6 “qanuni oğru” ilə birgə ötən ilin aprelində Moskvada keçirilən “oğru sxodkası” zamanı həbs edilib. Məlumata görə, V.Voskres də “ciddi söhbət üçün” həmin toplantıya dəvət olunubmuş, amma “sxodka”ya onun əvəzinə iki polis idarəsinin əməkdaşları gəlib. Nəticədə toplantıya qatılan 9 “qanuni oğru”dan üçü, o cümlədən İlqar Əliyev həbs edilib. Bundan 4 ay sonra E.Asatryanın özü də qandallanıb.

Azərbaycanlı “qanuni oğru”nun türmədə qaldırdığı son qiyam da onların V.Voskreslə hələ davam edən nüfuz müharibəsindəki növbəti döyüşlərdən biri sayılır.




Teqlər:  





Xəbər lenti