İŞİD yenə qırıcı təyyarə vurdu – DƏHŞƏT

İŞİD yenə qırıcı təyyarə vurdu – DƏHŞƏT
  29 Dekabr 2014    Oxunub:1968
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraqın şimalında beynəlxalq koalisiya qüvvələrinə məxsus qırıcı təyyarəni vurub.
AzVision.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı xəbər yayıb.

Məlumat əsasən təyyarə Salah-əd-Din vilayətində, Duluiyə şəhərində vurulub. Vurulan təyyarənin pilotu barədə məlumat yoxdur. İraq Müdafiə Nazirliyi və Pentaqon bu barədə məlumatı şərh etmir.

Dekabrın 24-ü İŞİD yaraqlıları Suriyanın Rakka şəhəri yaxınlığında İordaniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə vurulmuşdu. Həmin zaman təyyarənin pilotu terrorçular tərəfindən əsir götürülmüşdü.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti