WhatsApp-da səsli zəng olacaq - YENİLİK

WhatsApp-da səsli zəng olacaq - YENİLİK
  26 Dekabr 2014    Oxunub:2896
WhatsApp səsli zənglər funksiyasını istifadəyə verməyə hazırlaşır.
Android əməliyyat sistemi əsasında çalışan mobil telefonlar üçün yeni versiyada səsli zəng zamanı ekranda əsas yeri abonentin avatarı tutacaq, yuxarıda cari zəngin sürəyi və onun WhatsApp vasitəsilə yerinə yetirildiyi barədə informasiya olacaq. Aşağıda isə zəngin başlanması və ya başa çatdırılması üçün düzbucaqlı düymə olacaq. Danışığın sürəyi və ya cavab verilməmiş səsli zənglər barədə informasiya WhatsApp informasiyaları, habelə multimedia faylları ilə birlikdə dialoq pəncərəsində yer alacaq.

WhatsApp-ın səsli zəng funksiyasını işə salacağı vaxt dəqiq bəlli olmasa da, funksiyanın yaxınlarda istifadəyə veriləcəyi bildirilir.


Teqlər:





Xəbər lenti