“Sərvətim yoxdur, kirayədə yaşayıram” - Fəthullah Gülən

 “Sərvətim yoxdur, kirayədə yaşayıram” - Fəthullah Gülən
  25 Dekabr 2014    Oxunub:1891
Barəsində həbs qərarı çıxarılan din xadimi Fətullah Gülən sərvətindən danışıb.
AzVision.az-ın məlumatına görə, F. Gülən heç bir sərvətinin olmadığını açıqlayıb və bildirib ki, kitablarından qazandığı gəlirlə yaşayır.

“Daş üstündə bir daşım da yoxdur. İstəsəydim mənim də sərvətim olardı. Əsgərlikdən öncə mollalıqla məşğul oldum. Dövlətdən maaş alırdım. Kasıb olmasaydım heç dövlətdən maaş alardımmı? Amma kasıb idim. Gündə bir-iki dəfə yemək yeməklə, dövlətin verdiyi 57 manatla (170 lirə ) illərlə ömür sürmüşəm. Sadəcə kitablardan gələn gəlirlə dolanıram. Bu evin kirayə haqqı olan 1880 manatı da (5500 lirə) həmin gəlirlə ödəyirəm. Bu evin sadəcə 1 otağında yaşayıram. Tez-tez hörmətli dostlarım yanıma gəlirlər. Vallahi də Bilahi də bu belədir”.

Daha sonra F.Gülən ailəsi barəsində danışıb: “İmkanlı bir ailədə doğulmamışam. Atam dindar idi. Qardaşlarımın evində yediyim yeməyin belə hesabını özüm ödəmişəm”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti