Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTO

Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTO
  24 Dekabr 2014    Oxunub:6111
Bu ilin aprelində dünyanın ikinci ən böyük yaxtasını dostu Roman Abramoviçdən alan və onunla dünya səyahətinə çıxan azərbaycanlı milyarder Fərhad Əhmədov Hamburqun Norderverft limanına yan alıb.
AzVision.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Almaniyanın “Bild” qəzeti xəbər verir ki, Norderverft (Norderwerft) limanı dünyanın ikinci ən böyük ekspedisiya yaxtasını - “Luna”nı qəbul edib.

Qəzet yaxtanın limanda fotolarını da yayıb. Bildirilir ki, “Luna” dünyanın 19 ən super yaxtasından biridir, ona nə qar və buz, nə də pis hava problem deyil.

Uzunluğu 115 metr olan, iki vertolyot meydançasına malik, yanacaq çəni 1 milyon qallon yanacaq tutan gəminin eks-sahibi rusiyalı milyarder Roman Abramoviçdir.

“Abramoviç aprel ayında yaxtanı dostu Fərhad Əhmədova 400 milyon dollara satıb” - deyə “Bild” qeyd edir.

“Azərbaycanlı biznesmenlər ona baxıb öz yaxtalarını sifariş verə bilərlər” - qəzet vurğulayır.

Qeyd olunur ki, Roman Abramoviç “Luna” meqa-yaxtasını sifariş verəndə onun silah sistemləri ilə təchiz olunmasını istəmişdi. Bu səbəbdən “Luna” yaxtadan daha çox hərbi gəmini xatırladır. Yaxtada unikal lazer və radioelektron müdafiə sistemləri də quraşdırılıb.

Yaxta Almaniyanın “Lloyd Werft Bremerhafen” tərsanəsində yığılıb. Daha sonra gəmi İspaniyanın Barselona limanında “hücum edənlərə, o cümlədən piratlara qarşı müdafiə silahları” ilə təchiz edilib.

“Bu silahlar nədən ibarətdir? Suyun altından buraxılan torpedolardır, yoxsa hava hücumundan müdafiə sistemləridir? Bunlar məlum deyil. Alman zavodu sifarişçi ilə məxfiliyin ciddi qorunması barədə müqavilə imzaladığından heç bir informasiya verə bilməz” - deyə “Bild” yazır.

Bununla belə alman jurnalistlər qeyd edir ki, zəngin çevrələrdə mülki gəmilərin silahla təchiz edilməsi nadir hadisə deyil. Həmin gəmilərin heyətinə bu silahlardan istifadə edə bilən adamlar daxil edilir.

Məlumatlara görə, Abramoviç “Luna” yaxtası ilə 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya futbol çempionatına baxmağa getmişdi və gəmini üzən lüks saray qismində Cənubi Afrika sahillərində lövbərləyib vertolyotla sahilə çıxmışdı.

F.Əhmədov uzun müddət Rusiyada bizneslə məşğul olub, Federasiya Şurasında Krasnodar vilayətini təmsil edib. İki il əvvəl o, özünün “Nordgaz” şirkətini Putinin dostu Gennadi Timçenkoya bağlı “Novatek” şirkətinə sataraq aktivlərini Rusiyadan çıxarıb. İş adamı hazırda “Luna” yaxtası ilə dünya səyahətindədir.


Teqlər:





Xəbər lenti