Hadisə, Alişan və Röya Yeni ildə Qubada

Hadisə, Alişan və Röya Yeni ildə Qubada
  20 Dekabr 2014    Oxunub:2471
Dekabrın 31-də, yeni il axşamı “Rixos Quba Azerbaijan” otelində möhtəşəm konsert proqramı baş tutacaq.
AzVision.az-ın məlumatına görə, dünya şöhrətli 5 ulduzlu Rixos otel şəbəkəsinə daxil olan Rixos Quba Azərbaycan otelində Yeni il gecəsi möhtəşəm konsert proqramı ilə qeyd olunacaq.

Bu münasibətlə türk estradasının parlaq ulduzlarından biri Hadise sevənlərini Rixos Quba Azərbaycan otelinə dəvət edir.

Hadise repertuarına daxil olan ən sevilən mahnıları dekabrın 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində ifa edəcək.

Gecədə eksklüziv hava-fişəng şousu ilə hovuz başında Yeni il gerisayım mərasimi, səhərə qədər non-stop DJ performansı və bir çox digər sürprizlərin olacağı gözlənilir.

Yalnız bir bayram gecəsi ilə kifayətlənməyən Rixos Quba Azərbaycan oteli yeni - 2015-ci ilin ilk günlərində möhtəşəm konsert proqramlarını davam etdirəcək.

Belə ki, 2015-ci il yanvarın 1-i Azərbaycan estradasının divası, müğənni Röya canlı konsert proqramı ilə yeni ilin ilk gününü məhz Rixos Quba Azərbaycan otelində keçirəcək.

Yanvarın 2-də isə Türkiyənin tanınmış sənətçisi Alişan ən sevilən mahnılarını orkestr müşayiəti ilə canlı ifada təqdim edəcək.

Rixos Quba Azərbaycan otelində qarşılayacağınız Yeni il heç bir ilə bənzəməyəcək!
Ətraflı məlumat üçün https://www.facebook.com/RixosQubaAzerbaijan?fref=ts səhifəsinə keçə, və ya (+994)12 599-00-09, (055) 450-27-97, 119 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.


Teqlər:  





Xəbər lenti