Ərdoğandan Gülənə `tovuz quşu` misalı

Ərdoğandan Gülənə `tovuz quşu` misalı
  19 Dekabr 2014    Oxunub:1705
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nurçu lideri Fətullah Gülən arasında söz savaşı davam edir. Belə ki, prezident Mövlanə Cəlaləddin Rumidən sitat gətirərək “düşməninə” mesaj verib.
AzVision.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan özünün tvitter səhifəsində Mövlanənin vaxtilə maska ilə dolaşan saxta dindarla bağlı xəbərdar etdiyini qeyd edib.

“Mövlana, Alamut Qalasının sakini Həsən Sabbahdan yalnız bir əsr sonra yaşamış, saxta alimlərin riqqətli halını görmüş bir münəvvərdir. Mövlanə saxta din rəhbərlərini, rəngarəng boya küpünə düşüb, yoldaşları arasında “mən tovuz quşuyam” deyə lovğalanan çaqqallara bənzədib. Elə alimlər var ki, vəfatlarından sonra əsrlər də keçsə özləri və əsərləri unudulmur. Elə alim maskası geyinmiş alimlər də var ki, həyatda olarkən belə, özlərinin də, onlara belə bağlayanların da iç üzü ortaya çıxır. Allaha həmd olsun ki, bu əziz millət, Həsən Sabbahlara, saxta peyğəmbərlərə, modern yezidilərə qarşı da həmişə müdafiə olunub ”-deyə R.T.Ərdoğan qeyd edib.


Teqlər:





Xəbər lenti