Sarkisyanın evinə basqın - FOTOLAR

Sarkisyanın evinə basqın - FOTOLAR
  16 Dekabr 2014    Oxunub:3278
Sarkisyan əleyhdarları Prezident İqamətgahına soxulmağa cəhd ediblər.
AzVision.az-ın məlumatına görə, etirazçılar Ermənistan Baş Polis İdarəsinin binasını mühasirəyə alıblar. Onlar müxalifətçi deputat Aram Manukyanı döyən şəxslərin tutulmasını və məsələnin araşdırılmasını tələb ediblər.

Aksiya iştirakçıları buradan da prezident Serj Sarkiyanın iqamətgahına hücuma cəhd ediblər. Bu səbəbdən iqamətgah ətrafında təhlükəsizlik tədbirləri gücəndirilib.
Qeyd edək ki, dekabrın 11-i Erməni Milli Konqresinin parlament fraksiyanın katibi Aram Manukyan Yerevanda hücuma məruz qalıb. Müxalifətçi deputat vəhşicəsinə döyülərək xəstəxanalıq olub.

“Atamda kəllə beyin travması, müxtəlif növ xəsarətlər alıb. Hazırda müayinələr davam etdirilir”, - deyə deputatın oğlu Aren Mankunyan bildirib.

Qeyd edək ki, hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamalar aparırlar.
Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:





Xəbər lenti