Şahmatçımız bürünc medal qazanıb

Şahmatçımız bürünc medal qazanıb
  15 Dekabr 2014    Oxunub:1729
Pekində Dünya İntellektual Oyunları çərçivəsində şahmat turnirində blits üzrə yarışlar başa çatıb.
AzVision.az xəbər verir ki, kişilərin turnirində 19,5 xalla rusiyalı Aleksandr Qrişşuk qalib gəlib.

İkinci yeri 18,5 xalla fransız Maksim Vaşye-Laqrav, üçüncü yeri 18 xalla azərbaycanlı qrossmeyster Teymur Rəcəbov tutub. 17 xal toplayan Şəhriyar Məmmədyarov ukraynalı Vasili İvançuk və rusiyalı Yan Nepomnyaşi ilə 5-7-ci yerləri bölüşüb.

Qadınların yarışına 22,5 xalla çinli Xou İfan qalib oplub. Rusiyalı Valentina Qunina və ukraynalı Anna Muzıçuk hərəyə 19,5 xal toplayıblar. Əlavə göstəricilərinə görə rusiyalı şahmatçı ikinci olub.

İsveçrə sistemi ilə blits yarışlarında 16 kişi və 16 qadın şahmatçı iştirak edib.

AzVision.az




Teqlər:





Xəbər lenti