Depardyedən şok etiraf: “İki şiri öldürərək yemişik”

Depardyedən şok etiraf: “İki şiri öldürərək yemişik”
  13 Dekabr 2014    Oxunub:1825
Məşhur fransiz aktyor Jerar Departye bu ilin sentyabr ayında Afrikaya səfəri zamanı iki şir öldürərək yediklərini etiraf edib.
Bu barədə AzVision.az “The Independent”-a istinadən xəbər verir.

Aktyorun sözlərinə görə, o, dostu ilə özünümüdafiə məqsədilə heyvanları öldürmək məcburiyyətində qalıb: “Şoselərin birində avtomobilimizdə nazasızlıq yarandı. Həmin zaman kol arasından iki şir çıxaraq düz avtomobilin qarşısında dayandı. Saatlar keçirdi və biz avtomobili tərk edə bilmirdik. Bizim onları öldürməkdən başqa çıxış yolumuz qalmamışdı”.

Jurnalistin şirlərin ətinin dadına baxdınızmı sualına Depardye müsbət cavab verib. Lakin fransiz aktyor şir ətinin dadı bağlı təəssüratlarını bölüşməkdən imtina edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti