Telefonla danışır, siqaret çəkir, “Whatsapp”a girir - FOTO

Telefonla danışır, siqaret çəkir, “Whatsapp”a girir - FOTO
  11 Dekabr 2014    Oxunub:6901
Marşrut avtobuslarında siqaret çəkmək, telefonla danışmaq qadağan edilsə də bəzi sürücülər buna məhəl qoymurlar.
Mətbuat dəfələrlə bu mövzuya toxunub aidiyyatı qurumları lazımı tədbirlə görməyə çağırsa da ictimai nəqliyyatda üzləşdiyimiz problemlər bitib tükənmək bilmir. Özündən razı, sərnişinlərdən narazı qalan sürücülərdən daha biri sükan arxasında “Whatsapp”-a girərkən görüntülənib. Təbii ki, bu da sərnişinlərin gözündən yayınmayıb.

AzVision.az xəbər verir ki, 197 nömrəli sərnişin avtobusunun sürücüsü yol boyu mobil telefonla danışır. Hələ bu azmış kimi daha sonra isə Whatsapp-a girərək şəkillərə baxırmış. Telefonu əlindən yerə qoymayan sürücü dayanacaqda sərnişinlərdən pulu da bir əllə yığır.

AzVision.az


Teqlər:  





Xəbər lenti