`İnanmıram ki, birinci olum` -Elnur Hüseynov

`İnanmıram ki, birinci olum` -Elnur Hüseynov
  09 Dekabr 2014    Oxunub:2655
Türkiyənin məhşur mahnı müsabiqəsi “O səs Türkiyə”də münsiflər heyətini heyrətləndirən azərbaycanlı iştirakçı Elnur Hüseynov müğənni Ebru Gündeşi seçdiyi üçün qınaq obyekti olmasına münasibət bildirib.
AzVision.az bakupost.az-a istinadən xəbər verir ki, müğənni adıçəkilən yarışmada birinci olacağına inanmadığını deyib:

“Mən hissiyatımla seçim etdim. Ebru xanımın sənəti ortadadır. Münsiflər heyətində mənimlə eyni səhnəni bolüşən Hadisə də var idi. Onu seçməyi düşünmədim. Çünki, çox qınanardım. Nədənsə qalib olmağım mümkünsüz görünür. Çünki, bu, səsvermə yolu ilə olacaq. İnanmıram türk tamaşaçısı məni birinci seçsin. Mahnı müsabiqəsinin adı “O səs Türkiye”dir. Düşünürəm ki, hər il olduğu kimi qalib türkiyəli iştirakçı olacaq”.

E.Hüseynov efirlərdən yan gəzməyini özü istədiyini bildirib. Çünki efirlərdə olub, populyarlaşmaq istəməyib:

“Toylar üçün qalmaqalla məhşurlaşmaq mənə lazım deyil. Onsuz da bu işlə məşğul olan xeyli insan var. Efirdə görünməsəm də, öz üzərimdə daima işləmişəm. Bu illər ərzində özümü başqa sahələrdə də sınadım. Onu da deyim ki, Azərbaycanda olduğu kimi, Türkiyə mediasından və verilişlərindən də uzaq qalmağa çalışıram. Mənim üçün işimi görmək daha önəmlidir. Bu mənim prinsipimdir”.

E.Hüseynov söhbətin sonunda Bakıda Yaşıl Teatrda solo konsert verəcəyini deyib:

“Azərbaycan mənim Vətənimdir. Harada oluramsa-olum ürəyim Vətənimlə və soydaşlarımla döyünür”.


Teqlər:  





Xəbər lenti