Keçmiş polislər cinayət başında yaxalandı

Keçmiş polislər cinayət başında yaxalandı
  09 Dekabr 2014    Oxunub:1610
Azərbaycanda vətəndaşlardan qanunsuz pul tələb edən keçmiş polislər saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2014-cü il dekabrın 9-da paytaxtın Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə nazirliyə məlumat daxil olub.

Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıblar. Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib.

Onların əməllərində CM-nin 310-cu - "Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə" maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.


Teqlər:  





Xəbər lenti