Pele xəstəxanadan evə buraxılır
“O, özünü yaxşı his edir və onda infeksiya olması təhlükəsi də yoxdur. Xəstənin tezliklə bərpa olunduğunu nəzərə alsaq, həkimlər konsiliumu onun xəstəxanadan çıxarılması barədə qərar qəbul edib”, - deyə Xəstəxanın yaydığı məlumatda vurğulanır.
Artıq Pelenin günorta radələrində mətbuat konfransı da keçirəcəyi də bilinir.
Qeyd edək ki, son ay ərzində 74 yaşlı Pele iki dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi, sonra böyrəklərindən əməliyyat olunmuşdu. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət etmişdi.
Eldar Tanrıverdiyev