Gülənlə çay içməyin qiyməti - 5 milyon

Gülənlə çay içməyin qiyməti - 5 milyon
  08 Dekabr 2014    Oxunub:2840
Nurçuların lideri Fətullah Gülənlə qarşı-qarşıya oturub bir stəkan çay içmək üçün 5 milyon tl (2 milyon dollar) ödəmək lazımdır.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistə açıqlamasında Türkiyənin İşçi Partiyasının lideri Doğu Perinçək deyib. O, Fətullah Gülənlə tanışlığından söz açıb:

“Mənə Gülənlə şəkil çəkdirməyi təkilf etdilər. Amma qəbul etmədim. Çünki onun yaratdığı quruluş orta əsrlər dövründən qalıb və cümhuriyyətin əleyhinədir. Ertəsi gün Samanyolu televizisiyasından mənə zəng vurdular. Oradan mənə dedilər ki, Gülənlə görüşüb, qəhvə içməyin qiyməti 5 milyon tl-dir. Həmin şəxs Gülənlə qəhvə içənlərin adını da mənə açıqladı”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti