Tragikomik qəza: Avtomobil ayını vurdu, üç sərnişin öldü

Tragikomik qəza: Avtomobil ayını vurdu, üç sərnişin öldü
  08 Dekabr 2014    Oxunub:2803
ABŞ-ın Florida ştatında qeydə alınan bir neçə yol qəza hadisəsində bir ayı, 3 insan ölüb, 8 nəfər isə yaralanıb.
Bu barədə AzVision.az “NBC” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən yerli vaxtla 17:00 radələrində avtomobil ayını vuraraq öldürüb. Sonra qəza yerində ikinci avtomobil dayanıb və orada olan sərnişinlər ayını vuran avtomobil sərnişinlərinə kömək etməyə başlayıblar. Daha sonra isə hadisə yerinə yaxınlaşan üçüncü avtomobil birinci avtomobildən olan üç sərnişini vurub.

Hadisə nəticəsində 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti