ABŞ-da körpünü oğurlayıblar

ABŞ-da körpünü oğurlayıblar
  05 Dekabr 2014    Oxunub:1440
ABŞ-ın Miçiqan ştatında 2,5 tonluq körpü oğurlanıb.
Bu barədə AzVision.az “BBC”yə istinadən verdiyi məlumata görə, hadisə Detroyt şəhərində başlayıb.

Körpünün oğurlanması barədə polisə onun sahibi Robert Kortis məlumat verib.

Kortis polisə bildirib ki, onun atası 20-30 il əvvəl öz evlərinin yanında polad və taxtadan hazırlayıb. Bundan sonra onun ailəsi başqa yerə köçüb, lakin Kortis bu yaxınlarda körpünü yeni yerə aparmaq qərarına gəlib. Kortis sahibi bildirib ki, körpüdən toy fotosessiyasını çəkmək üçün istifadə etmək istəyirmiş.

Körpü sahibi bildirib ki, əgər oğrular bu tikilini qaytarsalar onlara qarşı ittiham irəli sürülməyəcək. Hazırda polislər körpünün axtarışını davam etdirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti