Cem Yılmazın yeni filmi Bakıda

Cem Yılmazın yeni filmi Bakıda
  05 Dekabr 2014    Oxunub:2077
Kinoteatr "Pek Yakında" filminin nümayişlərinə start verir.
AzVision.az xəbər verir ki, Azərbaycanın premium kinoteatrı kinosevərləri möhtəşəm film ilə sevindirməyə hazırlaşır. Belə ki, kinoteatr dekabr ayının 4-dən etibarən Türkiyəli məhşur stand up və gülüş ustası, Azərbaycanda da bir çoxları tərəfindən sevilən Cem Yılmazın rejissoru olduğu "Pek Yakında" filminin nümayişlərinə start verir. Məşhur gülüş ustası eyni zamanda filmdə aktyor kimi də çəkilib.

Filmin aktyor heyətindən də məlum olur ki, "Pek Yakında" komediya janrında çəkilib və pirat disklərin satışı ilə məşğul olan Zafer haqqındadır. Bir gün Zafer anlayır ki, bu qanunsuz işləri bitirməyəcəyi halda evliliyində problemlər yaranacaq. Buna görə o, köhnə sənəti aktyorluğa qayıtmaq qərarı verir. Məqsədi isə köhnə kinematoqrafçı dostlarını bir araya yığıb 1970-ci ildən bugünədək çəkilməmiş fantastik bir layihə olan "Şahikalar-Kötülüğün Sonu" adlı filmini çəkməkdir.

Filmin rejissorluğu və ssenarisi Cem Yılmaza məxsusdur. Film rejissoru özü ilə yanaşı Zafer Algöz və Ozan Güven kimi məşhur türk aktyorları çəkilib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.


Teqlər:





Xəbər lenti