"Elm haqqında" qanun müzakirəyə çıxarılır

"Elm haqqında" qanun müzakirəyə çıxarılır
  04 Dekabr 2014    Oxunub:2366
Azərbaycanda elm sahəsinə dair ilk dəfə olaraq hazırlanan "Elm haqqında" qanun layihəsi 1 həftə ərzində Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
AzVision.az xəbər verir ki, bunu trend-ə komitə sədri Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, bu sənəd elm sahəsində vahid və hərtərəfli qanunverici baza olacaq.

Qanun layihəsinin elm sahəsinin inkişafına xidmət edəcəyini deyən Ş.Hacıyev bildirib ki, sözügedən layihə qəbul olunub təsdiqləndikdən sonra elm sahəsindəki bir çox mövcud problemlər həll ediləcək.

Qanun layihəsində elm adamlarının stimullaşdırılması üçün geniş miqyaslı tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl başlanılıb. Dörd ildən də çox müddətdə hazırlanan bu layihənin bir necə dəfə hazır olduğu bildirilsə də, onun müzakirəsi ləngiyir.

AzVision.az


Teqlər:





Xəbər lenti