“Elektron Qolbağ”ın təqdimatı oldu

“Elektron Qolbağ”ın təqdimatı oldu
  04 Dekabr 2014    Oxunub:1625
Penitensiar xidmətin Baş idarəsində Mühafizə texnikası şöbəsi tərəfindən “Avropa ölkələrinin həbs yerlərində istifadə olunan müasir tipli mühafizə və təhlükəsizlik sistemləri” mövzusunda treninq-məşğələ keçirilib.
AzVision.az xəbər verir ki, xidmətin rəis müavini ədliyyə general-mayoru Nizaməddin Cəlilovun rəhbərliyi ilə keçirilən məşğələdə müəssisə rəislərinin müavinləri və bu sahəyə cavabdeh əməkdaşlar iştirak ediblər.

Tədbirdə bu sahə üzrə peşəkarlaşmış Avropa və Türkiyə şirkətlərinin Bakıdakı nümayəndələri tərəfindən “GPS STANDART” və “ELEKTRON QOLBAQ” mühafizə və təhlükəsizlik sistemlərinin təqdimatı keçirilib. Təqdim olunan sistemlərin NATO standartlarına cavab verən və dünyanın 40-a yaxın ökəsində tətbiq olunması qeyd olunub. Bundan sonra həmin mütəxəssislər dünyada İKT sahəsində qabaqcıl texnologiyalar barədə məlumat veriblər.

Təqdimatın sonunda məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bu tip tədbirlərin 2015-ci ildə də davam etdiriləcəyi bildirilib.


Teqlər:





Xəbər lenti