“Apple” “İphone”-ları yerə düşməkdən qoruyacaq

“Apple” “İphone”-ları yerə düşməkdən qoruyacaq
  03 Dekabr 2014    Oxunub:2525
“Apple” şirkəti “İphone” smartfonlarını yerə düşən zaman zədələnməni minumuma endirəcək texnologiyaya patent alıb.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ patent və ticarət markaları üzrə büronun saytında yerləşdirilən sənəddə bildirilir.

“Elektron qurğunun qorunması üzrə mexanizm” adlı patent qurğu yerə düşən zaman işlənəcək texnologiyanı aydın şəkildə izah edir. Telefon yerə düşən zaman smartfon düşəcəyi yeri hesablayır, qurğunun ən həssas komponentləri – ekran və kameranı qorumaq üçün ağırlıq mərkəzi yerini dəyişir.

İstehsalçıların fikrincə, qoruyucu mexanizm qurğu yerə düşən zamanı havada smartfonun vəziyyətini dəyişməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti