Putinlə Ərdoğanın 5 oxşar cəhəti: ikisi də kasıb ailədən olub...

Putinlə Ərdoğanın 5 oxşar cəhəti: ikisi də kasıb ailədən olub...
  02 Dekabr 2014    Oxunub:2164
Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də həmkarı Rəcəb Tayyib Ərdoğanla xarici siyasət, energetika və imzalanması gözlənilən 100 milyard dollarlıq ticarət sazişini müzakirə etmək üçün Ankaraya səfərə gəlib.
Danışıqlar iki lider arasında bir neçə xarici siyasət məsələsində yaranmış fikir ixtilafı ilə eyni vaxta təsadüf edir. Ən nəzərə çarpanı Suriya məsələsidir. Burada Vladimir Putin əslində təkbaşına qaydada təcrid olunmuş Bəşər Əsədi müdafiə edir, Ərdoğan isə Ukraynanın Krım bölgəsinin ilhaqından sonra orada yaşayan tatarların taleyindən narahatlıq ifadə edir.

Bu fikir ayrılığlını bir tərəfə qoysaq, iki 60 yaşlı arasındakı oxşarlıqlar daha çoxdur:

Hər ikisi yoxsul ailədən çıxıblar və hər ikisi idmanla məşğul olublar. Vladimir Putin müharibədən sonra o vaxtlar Leninqrad adlanan Sankt-Peterburqda kommunal mənzildə böyüyüb. Özünün dediyi kimi, pilləkənlər boyunca siçovul qovarmış.

Davakar yeniyetmə Vladimir Putin əvvəlcə samboya, sonra isə cüdoya yazılıb. O tezliklə “qara kəmər”ə sahib olub və “Gəlin cüdonu Vladimir Putinlə birgə öyrənək” adlı təlimat videosu buraxıb.

Ərdoğan isə İstanbulun Kasımpaşa məhəlləsində böyüyüb. Cib xərcliyi qazanmaq üçün limonad və küncütlü şirniyyat satarmış. Deyilənlərə görə, saçlarını kəsdirmək üçün hələ də məhəllə bərbərinə gedir. O, 13 il “Kasımpaşa” futbol komandasının yarımpeşəkar oyunçusu olub və bu yaxınlarda özünün prezident kampaniyası zamanı keçirilən sərgidə üç simvolik qol da vurub.

Onların hər ikisi siyasi karyeralarını “Böyük millət” və Qərbi kiçiltmək ritorikası üzərində qurublar.

Ərdoğan da, Putin də siyasi ömürlərini uzatmaq üçün baş nazir və prezident postları arasında yerdəyişmə ediblər və öz ölkələrinin konstitusiyasına “əl gəzdiriblər”.

Vladimir Putin 15, Ərdoğan isə 11 ildir ki, hakimyyətdədir. Onların hakimiyyətləri siyasi müstəsnalığın kəskin yüksəlişi ilə müşayiət olunub. Rusiya və Türkiyə Qərbdən Suriya və Ukrayna siyasətlərinə görə küskündürlər və hər iki ölkədə demokratik prinsiplər xeyli zəifdir.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası ənənəvi cəhətdən dünyəvi olan Türkiyəyə islami idarəçiliyi tətbiq etməyə çalışır. Bildirir ki, onun ölkəsi Moskvanın və Pekinin hegemon olduqları Şanxay Əməkdaşlıq Təşkilatında iştirakın xeyrinə Avropa İttifaqına üzvlük danışıqlarından imtina edəcək.

Ukraynada Rusiyanın maraqlarını müdafiə edən Putin bunu NATO-nun təcavüzünün qarşısının alınması cəhdləri kimi qələmə verir və Qərbi “soyuq müharibə”yə başlamaqda günahlandırır.

Hər iki lider dindən - Ərdoğan sünni İslamdan, Putinsə pravoslav xristianlıqdan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edir.

Hər ikisinin sarayları var. Son zamanlar diqqəti daha çox Ərdoğanın paytaxt Ankarada keçmişdə ictimai park olan 150 min kvadratmetr sahədə osmanlısayağı prezident iqamətgahı - Ağ Sarayı tikdirməsi çəkib. 1000 otağı, mərmər döşəməsi və kamil təhlükəsizlik sistemi olan bu kompleksin tikintisi 615 milyon dollara başa gəlib.

Lakin prezidenti dəstəkləyənlər deyirlər ki, saray ölkənin firavanlığını və müasir Türkiyəni yenidən quran bir insan kimi Ərdoğanın mühümlüyünü simvolizə edir.

Ərdoğanın mediada geniş işıqlandırılmış sarayından fərqli olaraq Putinin daha çox şəxsi məsələ kimi örtülü saxlanan Qara dəniz malikanəsinin tikintisinə büdcədən yayındrılımış 1 milyard dollar xərclənib. “Putin sarayı” kimi tanınan mülk Sankt-Peterburqdakı Qış sarayının tikildiyi Barokko üslübunda tikilib və yüksək zövqlə landşaftlanıb, həmçinin xüsusi kazinosu, üzgüçülük hovuzları və bir neçə helikopter meydançası bar.

Kreml bu malikanə ilə Putin arasında hər hansı əlaqənin mövcudluğunui israrla danır, halbuki onun italyan memarı Lanfranko Cirilloya avqust ayında Rusiya vətəndaşlığı verilib.

Onların hər ikisi xalq etirazlarını əziblər. Vladimir Putin üçüncü müddətə seçiləndə - 2011-2012-ci illərdə Rusiyada kütləvi ictimai etirazlar baş verib. Seçkidən sonra Putin yenidən bərpa etdiyi prezident səlahiyyətlərindən vətəndaş cəmiyyəti, qeyri-dövlət mediası və Putinin yenidən seçilməsi ilə nəticələnmiş səsvermədəki saxtakarlığa Bolotnaya meydanında etiraz edənlər üzərinə hücum üçün istifadə edib. Bu etirazlar əsnasında 400 nəfər həbs olunub və onlarca etirazçı hələ də həbsxanalarda məhkəmələrini gözləyir.

Türkiyədə 2013-2014-cü illərdə Ərdoğanın göstərişi ilə İstanbulun Gezi parkının yaşayış evlərinin tikintisi üçün dağıdılması səbəbilə 3 milyon türk hökumətin artmaqda olan avtoritarlığına və dünyəvilik prinsipləri üzərinə hücumlarına qarşı etiraz aksiyalarına başlayıb.

Ərdoğan etirazlara güc vasitəsilə cavab verərək polisə aksiyaların gözyaşardıcı qaz və suatanlarla dağıdılmasını əmr edib. Nəticədə onlarla insan həlak olub, 5500-dən artıq adam mükhakimə edilib.

Həm Rusiyada, həm də Türkiyədə bu təqiblər nəticəsində siyasi müxalifət susdurulub. Hazırda Putin 4-cü müddətə prezident seçilməyi planlaşdırır. Ərdoğan isə avqust ayında artıq özünü prezident edib.

Onlardan heç biri “İlin feministi” mükafatını almayacaq. Ərdoğan keçən həftə İslama görə, qadının başlıca vəzifəsinin analıq olduğunu və cins bərabərliyinin təbiət qanunları ilə ziddiyyət təşkil etdiyini deməklə gündəmə gəlib. Bu, ilk dəfə deyil ki, Türkiyə lideri öz mühafizəkar dini baxışlarını ölkənin qadın əhalisinə sırımağa cəhd göstərir.

Ərdoğan həmçinin bəyan edib ki, türk qadını dünyaya üç uşaq gətirməli, qadınların abortlara və doğum nəzarətinə müraciəti məhdudlaşdırılmalıdır.

Putin öz növbəsində bu yaxınlarda Almaniya kansleri Angela Merkellə Avropa İttifaqının vahid valyuta ittifaqına dair debatı zamanı zövqsüz zarafat edərək “zifaf gecəsində necə hərəkət edilməsindən asılı olmayaraq nəticə həmişə eynidir” deməklə ətrafdakıları mat qoyub.

Vladimir Putin həmçinin iyun ayında keçmiş ABŞ dövlət katibi Hillari Klintonun onu Hitlerə bənzətməsinə cavab olaraq yekəxanalıq nümayiş etdirib və deyib ki, “ən yaxşısı qadlınlarla mübahisə etməməkdir”. O, əlavə edib ki, zəiflik qadının qiymətli keyfiyyətlərindən biridir.

Xanımından boşanmış Vladimir Putin, deyilənlərə görə, bu yaxınlarda bildirib ki, keçmiş arvadı Lüdmila ilə iki həftə birlikdə yaşamağa tab gətirən kişiyə heykəl qoymaq lazımdır.


Teqlər:





Xəbər lenti