Leyla və Emin üçün şad gün

Leyla və Emin üçün şad gün
  01 Dekabr 2014    Oxunub:6448
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və müğənni-bəstəkar Emin Ağalarovun əkizlərinin ad günüdür.
AzVision.az xəbər verir ki, ölkə başçısı İlham Əliyevin nəvələri - Əli və Mikayılın 6 yaşı tamam olur.

Emin sosial şəbəkədə övladlarının şəklini paylaşaraq onları təbrik edib: "Dünyanın bütün uşaqları hər zaman sağlam və xoşbəxt olsunlar. Təbriklər".

Qeyd edək ki, prezident İlham Əliyevin qızı 2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə əkiz oğlan uşaqları dünyaya gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti