`Oğlum deyir ki, babam səni cəzalandıracaq`- EMİN

`Oğlum deyir ki, babam səni cəzalandıracaq`- EMİN
  26 Noyabr 2014    Oxunub:3514
`İşlərim çox olduğundan övladlarımla hər gün vaxt keçirə bilmirəm`

Məşhur müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın “7days.ru” saytına müsahibə verib.

AzVision.az xəbər verir ki, Emin müsahibə zamanı övladları – Əli və Mikayıl haqqında danışıb.

E.Ağalarov bildirib ki, işləri çox olduğu üçün hər gün övladları ilə birgə vaxt keçirə bilmir:

“İndi mən hər gün onlarla birlikdə ola bilmirəm, lakin hər dəfə mən Bakıya gələndə bu zamanı kompensasiya etməyə çalışıram. Telefonu söndürür və soruşuram: “İndi bu gün biz nə edəcəyik?” və onlar mənə əmr edirlər: “Əvvəlcə konstruktur, sonra futbol”.

Emin bildirib ki, bəzən övladları ilə ciddi danışmalı olur:

“Bəzən olur ki, onlarla ciddi olmalı olursan. Mikayıl bir dəfə mənə dedi: “Sən bizi cəzalandırırsan, nə vaxtsa səni də cəzalandıracaqlar!” Mən təəccübləndim: “Kim məni cəzalandıracaq?” – “Babam!” Onların babası isə Azərbaycanın prezidentidir. (Gülür). Görürsünüz, belə bir sınaqla mən necə təhlükəli situasiyadayam.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti