Qadın boksçularımız 1 gümüş və 1 bürünc medal qazandı

Qadın boksçularımız 1 gümüş və 1 bürünc medal qazandı
  25 Noyabr 2014    Oxunub:1481
Koreya Respublikasının Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a bildiriblər ki, milli komandamız yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova (69 kq) yarışda bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.

Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb–2:1. Milli komandamızın üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylor ilə qarşılaşmalı olub. Y.Alekseyeva Olimpiya, beşqat dünya və altıqat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni K.Teylora veriblər.

Komandamız iki il əvvəl Çində keçirilən dünya çempionatında bir gümüş medal qazanmışdı. Həmin çemp

AzVision.az


Teqlər:





Xəbər lenti