“Doktorantlar xaricdə təhsil almalıdır” – İsa Həbibbəyli

 “Doktorantlar xaricdə təhsil almalıdır” – İsa Həbibbəyli
  20 Noyabr 2014    Oxunub:2468
Azərbaycan parlamentinin 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli elmlə ayrılan vəsaitin yetərli olmadığı səsləndirib.
AzVision.az-ın məlumatına görə, İ.Həbibbəyli bildirib ki, AMEA-da elm sahəsindəki inkişaf üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait tam yetərli deyil: “Nəinki Akademiyada, eləcə də digər sahələrin inkişaf etdirilməsində elmin gücü böyükdür. AMEA-da gəlirlər qazanmaq üçün ayrı-ayrı sahələrdə addımlar atır. Qeyd edim ki, bu il təcrübə sınaq zavodu AMEA-nın brendi ilə neft istehsal edəcək. Bütün bu kimi nailiyyətlər üçün elm üçün xərclər nəzərdə tutularkən artımı nəzərə almaq lazımdır”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bakalavr və magistrlarla yanaşı, doktorantlarında xaricdə təhsil almasına ehtiyac olduğunu deyib: “Buna görə də Təhsil Nazirliyinin mövcud xaricdə təhsil almaq proqramlarına ayrılan vəsait artırılmalıdır. Doktorantların vahid qaydada və eyni proqram əsasında xaricdə təhsil almalarını təmin etmək faydalı ola bilər”,-deyə vitse-prezident əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti