Leyla Əliyeva Lermontova şeir yazdı - VİDEO

Leyla Əliyeva Lermontova şeir yazdı - VİDEO
  19 Noyabr 2014    Oxunub:2341
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Mixail Lermontova şeir ithaf etdi.
AzVision.az buro247.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva M.İ.Lermontov haqqında şeir yazıb. Şeir görkəmli rus ədibi Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, Mixail Yuryeviç Lermontov 1814-cü il oktyabr ayının 15-də Moskvada anadan olub. Dəfələrlə Qafqaza səyahət edən şair, dramaturgiyamızın banisi M.F.Axundovla yaxından tanış olmuş və məhz onun yaxından köməyi nəticəsində məşhur məhəbbət dastanımız "Aşıq Qərib"i "Türk nağılı" adı ilə qələmə almışdır. M.Y.Lermontov rus ədəbiyyatında realist rus sosial psixoloji roman janrının əsasını qoymuş və "Zəmanəmizin qəhrəmanı" romanını yazıb.




Teqlər:  





Xəbər lenti