“Amerikanı müsəlmanlar kəşf edib” – Azərbaycanlı professor

“Amerikanı müsəlmanlar kəşf edib” – Azərbaycanlı professor
  17 Noyabr 2014    Oxunub:3694
“Ərdoğanın sözündə həqiqət var ki, Amerika torpaqlarına ilk dəfə XI əsrdə müsəlmanlar daxil olublar”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bildirib.

O, Ərdoğanın “Amerikanı müsəlmanlar kəşf edib” deyə irəli sürdüyü sensasion iddianın doğru olduğunu vurğulayıb:

“Məlumdur ki, Ərəb xilafəti süquta uğradıqdan sonra müsəlmanlıq İspaniyaya qədər yayılmışdı. Təxminən 1000-ci illərdə ərəblər tərəfindən Latın Amerikası istiqamətində gedən səyyahlar olub. O haqda məlumatlar var. İspanlar etiraz edə bilərlər, amma məsələ burasındadır ki, Səlcuq türkləri bütün Aralıq dənizin şərq sahillərini, Misir və digər əraziləri 11-12-ci əsrdən başlayaraq ələ keçirdikdən sonra məşhur İpək yolu türklərin nəzarəti altına düşdü.

Qərbin də həmişə qarnının ağrısı qızıl xəstəliyi olub və bu zaman türklərlə bacara bilmədiyi üçün alternativ yollar axtarmağa başladılar. Nə az, nə çox düz 400 il axtardılar. Nəhayət 1492-ci ildə özləri də hara getdiklərini bilmədən Qərb istiqamətində yola çıxdılar. Kəşf etdikləri yerin də, yerli əhalənin də adını səhv adlandırıb hindu dedilər. Bu baxımdan Ərdoğanın fikirləri taxirə əsaslanıb”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerika ölkələrinin dini liderlərinin 1-ci Zirvə toplantısındakı çıxışı zamanı Amerikanın Xristofor Kolumdan əvvəl müsəlmanlar tərəfindən kəşf olunduğu iddiası ilə çıxış edib. Onun bu fikirləri İspaniya mediasında əks-səda doğurub və müzakirələrə səbəb olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti