İspanlar Ərdoğana qarşı etiraza qalxdı

İspanlar Ərdoğana qarşı etiraza qalxdı
  17 Noyabr 2014    Oxunub:1776
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikanı ilk olaraq müsəlmanların kəşf etməyi ilə bağlı irəli sürdüyü iddia ispanların etirazına səbəb olub.

AzVision.az xəbər verir ki,ispanlar Ərdoğanı təkzib edərək onu bu iddianı sübut etməyə çağırıblar.

“Bu, həmin dövrün filosof və din xadimi olan Bartolom Kasasın Kolumbla bağlı yazdığı hekayədən bir cümlədir, müəllifin uydurmasıdır.

İspaniyanın “El Pais” qəzetində dərc olunan məlumata görə Ərdoğanın səsləndirdiyi fikirlər yeni idda deyil: “Amerika qitəsinin 1178-ci ildə müsəlmanlar tərəfindən kəşf olunduğu iddiası bundan əvvəl də ortaya atılıb. Bu isə müsəlmanların Çin mənbələrinə istinadən səsləndirdikləri iddiadır”.

Qəzet Ərdoğanı səsləndirdiyi fikirləri sübut etməyə çağırıb: “Amerika qitəsində Kolumbun bura səfərindən əvvəlki tarixə aid məscid qalığı tapılmayıb. Əgər varsa, bu, sübut olmalıdır”.

“El Paise” Ərdoğanın reallıqlardan uzaq lider kimi təqdim edib.

Sosial şəbəkələrdə də kifayət qədər müzakirə doğuran bu iddia ilə bağlı ispanlar Ərdoğanı ciddi qəbul etmədiklərini yazıblar.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Latın Amerika ölkələrinin müsəlman dini liderlərinin 1-ci Zirvə toplantısında çıxışı zamanı Amerika qitəsinin Xristafor Kolumb deyil, müsəlmanlar tərəfindən 1178-ci ildə əşf olunduğunu deyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti