Kliçko yenidən dünya çempionu oldu

Kliçko yenidən dünya çempionu oldu
  16 Noyabr 2014    Oxunub:2067
Kiyevin meri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko bolqar Kubrat Pulevi məğlub edərək WBA, WBO, IBF və IBO versiyaları üzrə dünya çempionu titulunu qoruyub.

Döyüş Hamburqun “O2 World Arena” səhnəsində 16 min tamaşaçının qarşısında baş tutub. Beş raund ərzində Kliçko Kubrat Pulevi 3 dəfə nokdaun vəziyyətinə salıb.

38 yaşlı Vladimir Kliçko karyerası ərzində 63 qələbə qazanıb. Kubrat Pulev isə Hamburqda ilk məğlubiyyətini yaşayıb.


Teqlər:





Xəbər lenti