Tarixi hadisə: kosmik zond kometə endi – FOTO, VİDEO

  12 Noyabr 2014    Oxunub : 4499
Tarixi hadisə: kosmik zond kometə endi – FOTO, VİDEO
Bu gün səhər Avropa Kosmik agentliyinin “Rosetta” kosmik zondunun "Philae" modulu 67P/Çurimov-Gerasimenko kometinin üstünə enib.

Zond əvvəlcə sürətlə fırlanan kometin ətrafında dolanıb, sonra ona harpunla atəş açıb və "Philae" modulu həmin harpunun kanatı ilə kometin üstünə enib.



Bu, tarixdə ilk dəfədir ki, insanın yaratdığı aparat kometin üzərinə enir.


Kometdən çəkilmiş şəkil

Enişdən sonra "Philae" kometin üzərində foto və videoçəkiliş aparıb, həmçinin onun səthini deşərək, elmi analiz üçün nümunələr götürüb.

Tariyel





Teqlər: