Azərbaycanlı səfirdən Obamaya 6550 dollarlıq HƏDİYYƏ

Azərbaycanlı səfirdən Obamaya 6550 dollarlıq HƏDİYYƏ
  12 Noyabr 2014    Oxunub:1865
ABŞ Dövlət Departamenti prezident Barak Obamanın ötən il ərzində xarici ölkə rəsmilərindən və liderlərindən qəbul etdikləri hədiyyələrin siyahısını açıqlayıb.
Virtualaz.org “Assoşeyted press” agentliyinə istinadla xəbər verir ki, ötən il ərzində Obama və onun administrasiyasının üzvləri, habelə birinci xanım Mişel Obama mebeldən tutmuş ərzağa, zinət əşyalarından xalçaya qədər müxtəlif hədiyyələr qəbul edib. Amerika qanunlarına görə prezidentə və digər rəsmilərə verilən hədiyyələr xüsusi fonda təhvil verilməlidir.

Obamanın qəbul etdiyi ən bahalı hədiyyəni-bahalı daşlarla bəzədilmiş qızıl-zinət kompleksini ona Bruney şahzadəsi verib. Sapfir və brilyant daşlarla bəzədilmiş bu komplektin qiyməti 71 min 468 dollardır.

Qətərin Vaşinqtondakı səfirinin Obamaya hədiyyə etdiyi, yantar rəngli qartal heykəli isə ikinci ən bahalı hədiyyədir - 10.400 dollar.

Üçüncü ən bahalı hədiyyə də Obamaya neft ölkəsinin təmsilçisi tərəfindən verilib. Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov ABŞ prezidentinə qırmızı, ağ və mavi naxışlı xalça hədiyyə edib. Bu xalçanın qiyməti 6550 dollardır.

Qətər əmiri iə Obamaya dünyanın iri şəhərlərinin təsvir olunduğu gümüşü yemək dəsti (6500 dollar), Tanzaniya prezidenti zebr dərisi ilə bəzədilmiş 4 min dollarlıq heykəl, Sinqapurun baş naziri 4 min dollar qiyməti olan kreslo hədiyyə ediblər.

ABŞ-ın federal etika qaydalarına görə prezidentin və digər rəsmilərin qəbul etdikləri hədiyyələr saxlanılmaq və rəsmi istifadə üçün hökumətə təhvil verilməlidir.

Dövlət Departamentinin açıqladığı siyahıya əsasən münasibətlərin gərgin olduğiu bir vaxtda, 2013-cü ildə Obama İsrailə səfər edərkən baş nazir Benyamin Netanyahu 2700 dollarlıq hədiyyə verib. Bu hədiyyə Yerusəlimdən götürülmüş daşın üzərinə həkk olunmuş ABŞ və İsrail müstəqillik bəyannamələrindən ibarətdir. Həmin səfər zamanı İsrail prezidenti Şimon Peres Obamaya ABŞ və İsrail vaxtını, hava temperaturunu göstərən 835 dollarlıq saat verib.

Həmçinin Ukrayna hadisələrinə görə ABŞ və Rusiya arasında gərginliyin başlamasından əvvəl prezident Vladimir Putin Obamaya və ailəsinə farfordan düzəldilmiş kofe servisi və çay fincanı verib. Rusiya şəhərlərinin təsvir olunduğu bu servis 1500 dollardır.


Teqlər:





Xəbər lenti